Ötən il səfərbərliyə cəlb olunan ukraynalıların sayı açıqlanıb

2024/08/1723025209.jpg
Oxunub: 620     19:27     05 Yanvar 2025    
Ukrayna hakimiyyəti 2024-cü ildə təxminən 200 min insanı səfərbərliyə cəlb edib.

Ordu.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr xatırladır ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı 2024-cü ildə münaqişədə iştirak etmək üçün 500 min insanı səfərbər etməyə çağırıb.

Lakin Ukrayna lideri Volodimir Zelenski bu rəqəmin çox yüksək olduğunu əsas gətirərək Zalujnının təklifini qəbul etməyib. Nəticədə Kiyev cəmi 200 minə yaxın insanı səfərbər etdi.

Qəzet yazıb ki, eyni zamanda, Zelenski Vaşinqtonun hərbi xidmətə çağırış yaşını 18 yaşa endirmək tələblərini rədd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Səfərbərlik  


Bizi "telegram"da izləyin