Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində genişmiqyaslı hücumu başlayıb - YENİLƏNİB

2024/08/66b3b-1723054197.jpg
Oxunub: 1106     15:38     05 Yanvar 2025    
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində geniş miqyaslı hücuma başlaması barədə məlumatları təsdiqləyib.

Ordu.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bunu Rusiya qoşunlarının irəliləməsini dayandırmaq üçün əks-hücum kimi qiymətləndirib.

Qeyd edilib ki, Moskva vaxtı ilə saat 09:00 radələrində Rusiya qoşunlarının Kursk istiqamətində irəliləyişini dayandırmaq üçün Ukrayna Silahlı Qüvvələri əks hücuma keçib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Berdin xutor yaşayış məntəqəsi istiqamətində hücuma cəhd edən Ukrayna Silahlı Qüvvələrinin iki tank və hərbçilərlə birlikdə 12 zirehli texnikadan ibarət hücum qrupunu darmadağın edib.

Ukrayna qoşunlarının hücumunun dəf edilməsi əməliyyatının davam etdirildiyi açıqlanıb.

***

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində genişmiqyaslı hücumu başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları rusiyalı hərbi müxbirlərə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna qoşunları Kursk vilayətinin Sudja yaşayış məntəqəsindən Bolşoy Soldatskoyeyə doğru irəliləyirlər. Ukrayna Silahlı Qüvvələri ağır texnikadan fəal istifadə edir. Hücum texnika üçün əlverişli olan donmuş torpaqla əlaqələndirilir.

Rusiyanın Teleqram kanalları Rusiya müdafiə nazirinin müavini Yunusbek Yevkurovun Kursk vilayətində olduğu barədə məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kursk   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin