İtaliyanın Baş naziri Corcia Meloni Floridada Trampla görüşəcək - YENİLƏNİB

2025/01/1736054631.jpg
Oxunub: 798     09:04     05 Yanvar 2025    
İtaliyanın Baş naziri Giorgia Meloni danışıqlar aparmaq üçün ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Mar-a-Laqoda (Florida) iqamətgahına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə New York Times öz mənbələrinə istinadən məlumat yayıb.

Görüşün gündəliyi qeyri-müəyyən olaraq qalır, lakin Meloninin Trampla respublikaçıların Avropa ölkələri ilə fikir ayrılıqlarının yumşaldılmasını müzakirə edəcəyi gözlənilir.


***

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla Floridadakı iqamətgahında görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Meloni artıq ABŞ-yə yola düşüb.

Nəşrin yaydığı məlumata görə, mümkün müzakirə mövzuları arasında İranda həbs edilmiş italiyalı jurnalist Sesiliya Sala ilə bağlı vəziyyət də var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   Tramp  


Bizi "telegram"da izləyin