ABŞ və Misirin baş diplomatları Qəzza və Suriyadakı vəziyyəti müzakirə edib

2023/12/813e8-1703863284.jpg
Oxunub: 742     05:23     05 Yanvar 2025    
ABŞ dövlət katibi Entoni Blinken Misirin xarici işlər naziri Bədr Əbdül Ati ilə Qəzza zolağında nizamlanmanın mümkünlüyü və Suriyadakı vəziyyəti müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“ABŞ və Misir rəsmiləri Qəzzada girovların azad edilməsinə, humanitar yardımın həcminin artırılmasına və münaqişənin dayandırılmasına imkan verəcək atəşkəsə nail olmaq səylərini müzakirə ediblər. Onlar həmçinin Suriyadakı vəziyyəti müzakirə ediblər, Blinken ABŞ-nin bu ölkədə sülh yolu ilə siyasi keçidi dəstəklədiyini bəyan edib”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Misir  


Bizi "telegram"da izləyin