İsrail Qəzzadan atılan raketlə “Erez” keçid məntəqəsinin zədələndiyini açıqlayıb

2025/01/1736053894.jpg
Oxunub: 621     03:27     05 Yanvar 2025    
Yanvarın 4-ü axşam saatlarında Qəzza zolağından atılan raket “Erez” keçid məntəqəsini zədələyib, bu keçid məntəqəsindən anklava humanitar yardım daxil olur.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mərminin düşməsi nəticəsində sərhəd-keçid məntəqəsi və onun yanında yerləşən humanitar yardım daşıyan yük maşınları üçün terminal ərazisində dağıntılar qeydə alınıb.

Bildirilib ki, İsrail tərəfi bu insidentə baxmayaraq, Qəzza zolağının sakinlərinə humanitar yardımın çatdırılmasını təmin etmək və asanlaşdırmaq üçün beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət göstərməyə davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza   Erez  


Bizi "telegram"da izləyin