KDR-in şərqində M23 üsyançıları Masisi şəhərini ələ keçiriblər

2024/06/1719637832.jpg
Oxunub: 1280     02:26     05 Yanvar 2025    
M23 (23 Mart Hərəkatı) üsyançı qrupu Konqo Demokratik Respublikasının (KDR) şərqində Şimali Kivu əyalətinin eyniadlı rayonunun inzibati mərkəzi olan Masisi şəhərini ələ keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Konqo xəbər portalı “Actualite” məlumat yayıb.

Bildirilib ki, hökumət qüvvələri və onları dəstəkləyən yerli hökumətyönlü könüllü dəstələri şiddətli döyüşdən sonra şəhəri tərk ediblər.

Portalın məlumatına görə, üsyançılar eyni zamanda Masisi rayonunda Luşebere şəhərini də ələ keçiriblər. Hər iki şəhərin sakinləri üsyançıların zorakılığından qorxaraq evlərini tərk edirlər.

Öz növbəsində Okapi radiostansiyası qeyd edib ki, Masisinin ələ keçirilməsi ilə M23-ün Şimali Kivunun paytaxtı Qoma şəhərinə hücum etmək imkanı yaranır. Bu şəhərlər arasındakı məsafə 80 kilometrdir. Qomada təxminən 2 milyon insan yaşayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqo   Üsyançılar  


Bizi "telegram"da izləyin