Ordu.az xəbər verir ki, layihənin 2025-ci ildə başa çatdırılması gözlənilərkən, bölgədə gərginlik artır.
Polşa daxili işlər nazirinin müavini Matsey Duşçik dekabrın 29-da layihənin yaxın aylarda başlayacağını və 2025-ci ilə qədər başa çatdırılmasının hədəfləndiyini açıqlayıb.
Duşçik yolun Polşanın müdafiə strategiyasının bir hissəsi olduğunu vurğulayıb, lakin layihə haqqında əlavə məlumat verməyib.
Qeyd edək ki, Polşa noyabr ayında Kalininqrad sərhədində müdafiə istehkam işlərinə başlayıb.
İlkin olaraq Dabrovka kəndi yaxınlığında tamamlanan istehkamlarda 3500-dən çox beton maneə var. Bundan əlavə, sərhəd təhlükəsizliyini artırmaq üçün qabaqcıl müşahidə sisteminin yaradılması planlaşdırılır.
Polşa daha öncə Belarusla 400 kilometrlik sərhədində oxşar istehkamın tikintisinə başlamışdı. Polşa hökuməti bu layihəni Rusiya və Belarusa qarşı “hibrid müharibə taktikası” çərçivəsində elan edib.
Sevinc Əliyeva
Ordu.az