Ordu.az xəbər verir ki, razılaşmaya 300 kilometr məsafədəki hədəfləri vura bilən çoxfunksiyalı platforma olan PULS (Precise and Universal Launching System) artilleriya raket qurğusu başda olmaqla, qabaqcıl artilleriya və dron sistemləri daxildir.
Razılaşma haqqında danışan Serbiya prezidenti Aleksandar Vuçiç İsrail sistemlərinin ABŞ istehsalı olan həmkarlarından, məsələn, qonşu NATO üzvü Xorvatiyanın aldığı HIMARS raket sistemindən üstünlüyünü təsdiq edib.
Sistem operatorlara yeri dəyişmədən eyni platformadan müxtəlif sursatları atmağa imkan verir ki, bu da onu sürətli cavab ssenariləri üçün ideal edir.
Hərbi ekspertlərin fikrincə, “Elbit”lə razılaşma Serbiyanın regionda strateji tarazlığın qorunmasına cavabı kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az