Niderland Ukraynaya "F-16" qırıcıları göndərir

2024/07/1719897206.jpg
Oxunub: 193     05:13     02 İyul 2024    
Niderland Ukraynaya 24 ədəd "F-16" qırıcısı ixrac edəcək.

Ordu.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren bildirib.

İxracla bağlı qərar iyunun 19-da verilib.

Bununla yanaşı, Ukraynaya yeddi "F-16" təyyarə mühərriki ixrac ediləcək.

Qeyd edək ki, ukraynalı pilotlar ötən ildən bir neçə ölkədə F-16-ları idarə etmək üçün təlimləri davam etdirirlər. Ukrayna bu yay ilk qırıcıları qəbul etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ukrayna   F-16  


Bizi "telegram"da izləyin