Ermənistanda karyera üçün “quru” hakim partiya sıralarını doldurmaq lazımdır – PAST

2024/07/1719906215.jpg
Oxunub: 126     12:12     02 İyul 2024    
“Dövlət aparatının işçilərini ört-basdır etmək maniyası həmişə bu hakimiyyəti müşayiət edib, lakin əldə etdiyimiz məlumata görə, indiki mərhələdə reytinqin sıfıra düşməsi və mövqelərin zəifləməsi fonunda bu özünü daha qabarıq şəkildə büruzə verib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin mənbələri qeyd edirlər ki, dövlət qurumlarında karyera üçün “quru” hakim partiya sıralarını doldurmaq vəzifəsi qarşıya qoyulub.

“Eyni zamanda, əldə etdiyimiz məlumata görə, karyera xatirinə az sayda razılaşanlar mürəkkəb bir “zəncir”dən keçirlər. Xüsusilə, namizəd müsahibədən keçməli, partiyanın ideyaları və siyasi kursu ilə bağlı öz ideya və yanaşmalarını təqdim etməli, həmçinin komissiya üzvlərinin suallarını cavablandırmalıdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin