Husilər Britaniya, İsrail və ABŞ-la əlaqəli dörd gəmiyə hücum ediblər

2024/07/1719896596.jpg
Oxunub: 133     00:27     02 İyul 2024    
Yəmənin “Ənsar Allah” hərəkatının üsyançıları (husilər) Böyük Britaniya, İsrail və ABŞ ilə əlaqəsi olduğu güman edilən dörd gəmiyə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, "MSC Unific" konteyner gəmisi, kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulan "Delonix" və "Lucky Sailor" tankerləri, həmçinin Böyük Britaniya donanmasına daxil olan "Anvil Point" yardımçı gəmisi hücuma məruz qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   Britaniya   Husilər  


Bizi "telegram"da izləyin