Britaniya kəşfiyyatı: Ukrayna Rusiyanın PUA imkanlarını məhv edib

2024/07/sekte-1719906536.jpg
Oxunub: 256     12:30     02 İyul 2024    
Ukraynanın işğal olunmuş ərazilərdən kənarda yerləşən Rusiya aviabazalarına hücumları Kremlin öz Pilotsuz Uçuş Aparatları (PUA) ilə zərbələr endirmək imkanlarını məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyatı bildirib.

“X”də kəşfiyyat yeniləməsini dərc edən Britaniya Müdafiə Nazirliyi Ukraynanın ötən həftə Krasnodar diyarındakı “Yeysk” aviabazasına hücumunun Rusiyanın PUA imkanlarına zərər vurduğunu bildirib.

Krasnodar diyarı ilhaq olunmuş Krımın Kerç boğazının əks tərəfində yerləşir.

Rəsmilər qeyd ediblər ki, iyunun 21-də uğurlu hücum Rusiyanı daha müdafiəsiz bazalarını Ukrayna ərazisindən uzaqlaşdırmağa məcbur edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   PUA  


Bizi "telegram"da izləyin