“Hraparak”: Nikol Paşinyanın “demokratiyası”

2024/07/image-1719901635.jpg
Oxunub: 194     11:21     02 İyul 2024    
Cəmi 20 gün əvvəl dinc etirazçılara qarşı xüsusi tədbirlərdən istifadə edən, 100-dən çox şəxsi yaralayan, 3-4 ildir hökm olmadan siyasi məhbusları həbsxanalarda saxlayan Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün “demokratiya”ya həsr olunmuş qapalı tədbirdə iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, tədbirdə nə mətbuat, nə də müxalifət təmsilçisi iştirak edib.

Müəllif vurğulayıb ki, Paşinyan çıxışında bildirib: “Bir şey aydındır: Ermənistanda demokratiya ciddi şəkildə kök salır və beynəlxalq ictimaiyyət Ermənistanı getdikcə daha çox beynəlxalq və ya qlobal demokratiyanın bir hissəsi kimi qəbul edir. Bu, bəlkə də ən gözə çarpan uğurdur...”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Demokratiya  


Bizi "telegram"da izləyin