Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyatı bildirib.
“X”də kəşfiyyat yeniləməsini dərc edən Britaniya Müdafiə Nazirliyi Ukraynanın ötən həftə Krasnodar diyarındakı “Yeysk” aviabazasına hücumunun Rusiyanın PUA imkanlarına zərər vurduğunu bildirib.
Krasnodar diyarı ilhaq olunmuş Krımın Kerç boğazının əks tərəfində yerləşir.
Rəsmilər qeyd ediblər ki, iyunun 21-də uğurlu hücum Rusiyanı daha müdafiəsiz bazalarını Ukrayna ərazisindən uzaqlaşdırmağa məcbur edə bilər.
Sevinc Əliyeva
Ordu.az