Erməni hərbi qulluqçu qəzaya düşüb, xəstəxanaya yerləşdirilib

2024/07/1719899847.jpg
Oxunub: 359     09:52     02 İyul 2024    
İyunun 30-da Göyçə vilayətində böyük avtomobil qəzası baş verib.

Ordu.az xəbər verir ki, saat 14:50 radələrində Ağqıraq yaşayış məntəqəsində, kəndlərarası yolda Göyçə vilayəti sakini, 18 yaşlı T. Davit idarə etdiyi “Mercedes” markalı avtomobillə naməlum şəraitdə yolun hərəkət zolağından çıxaraq, sahədə dayanmış “Mercedes Sprinter” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 2 avtomobil aşıb, T. Davit isə fiziki xəsarətlərlə Martuni Tibb Mərkəzinə yerləşdirilib.

Məlumata görə, xəstəxanaya köçürülən şəxs Ermənistan Müdafiə Nazirliyinin “N” hərbi hissəsində müddətli hərbi qulluqçu kimi qulluq edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Qəza  


Bizi "telegram"da izləyin