Kadırov qardaşı oğlunu Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edib

2024/07/1719896505.jpg
Oxunub: 120     23:57     01 İyul 2024    
Hamzat Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov teleqram kanalında yazıb.

O qeyd edib ki, qohumu rəhbər vəzifələrdə böyük təcrübəyə malikdir və üzərinə düşən vəzifənin öhdəsindən gələcək.

27 yaşlı Hamzat Kadırovun dini və dünyəvi təhsili var: o, hafizlər məktəbini və Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Bu illər ərzində o, regionda rəhbər vəzifələrdə, o cümlədən Kurçaloyevski bələdiyyə dairəsi administrasiyasının rəhbəri, Çeçenistanın bədən tərbiyəsi naziri, respublika rəhbərinin katibliyinin rəhbəri və baş nazirin müavini vəzifələrində çalışıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çeçenistan   Təhlükəsizlik-Şurası  


Bizi "telegram"da izləyin