Gürcüstan parlamenti sarı təhlükəsizlik səviyyəsinə keçib

2024/06/9628f-1719554412.jpg
Oxunub: 131     09:29     28 İyun 2024    
Gürcüstan parlamenti sarı təhlükəsizlik səviyyəsinə keçib.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb.

Məlumata görə, sarı təhlükəsizlik səviyyəsi o deməkdir ki, deputatların və əməkdaşların təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət təkcə televiziya şirkətlərinin akkreditə olunmuş jurnalistlərini əhatə etməyəcək, eyni zamanda bir yayımçıdan maksimum üç qrup binaya daxil ola biləcək.

Qeyd edək ki, bu gün plenar iclasda baş nazir İrakli Kobaxidze illik hesabatı təqdim edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Parlament  


Bizi "telegram"da izləyin