Talış Dağlıq zonasında güclü zəlzələ olub - YENİLƏNİB

2023/07/16654-1690356797.jpg
Oxunub: 164     08:19     28 İyun 2024    
Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

Ordu.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur", – məlumatda qeyd olunub.

***

Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub.

Ordu.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır", – məlumatda qeyd olunub.

Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı diqqətə çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Talış-Dağlıq-zonası   Zəlzələ  


Bizi "telegram"da izləyin