Sorğu: ABŞ vətəndaşlarının 70 %-i Baydeni yenidən seçilmək üçün çox yaşlı hesab edir

2024/06/1717392164.jpg
Oxunub: 130     00:30     28 İyun 2024    
Amerikalıların təxminən 70 %-i hesab edir ki, 81 yaşlı Co Bayden ABŞ prezidenti kimi öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmək üçün çox qocadır.

Ordu.az xəbər verir ki, bunu “The New York Times” və “Siena College” Araşdırma İnstitutunun birgə keçirdiyi sorğunun nəticələri göstərir.

Araşdırmaya görə, respondentlərin 69 %-i Baydenin yaşının onun effektiv lider olmasına mane olması ilə tam razılaşıb, amerikalıların 45 %-i isə hazırkı prezidentin yaşının çox ciddi problem olduğunu və onun ümumiyyətlə işinin öhdəsindən gələ bilməyəcəyini bildirib.

Sorğu onu da göstərib ki, seçkilər indi keçirilsəydi, seçicilərin 48 %-i 78 yaşlı Donald Trampa, 42 %-i isə Baydenə səs verərdi.

Sorğu 20-25 iyun tarixlərində 1 225 amerikalı arasında keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   ABŞ  


Bizi "telegram"da izləyin