Erməni politoloq: “Paşinyan bu güzəştlərə hazırdır, sadəcə olaraq ictimaiyyəti inandırmaq üçün formalar axtarır”

2024/06/1719473260.jpg
Oxunub: 172     10:27     28 İyun 2024    
“Güzəştlər sonsuzdur və növbəti güzəşt Azərbaycanın almağa iddialı olduğu Zəngəzur vilayətidir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, reallıq budur, müqavimət göstərilmədiyi müddətcə güzəştlər davam edəcək.

“Paşinyan bu güzəştlərə hazırdır, sadəcə olaraq, onları həyata keçirmək, ictimaiyyəti inandırmaq üçün formalar axtarır”, - deyə Danielyan qeyd edib.

Danielyan bildirib ki, siyasi komponent, şəffaflıq, açıq elan edilmiş tərkib yoxdursa, bu, siyasi hərəkat deyil, mənəvi hərəkatdır, mənəvi hərəkat isə siyasi alternativ ola bilməz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Zəngəzur  


Bizi "telegram"da izləyin