Fransanın Baş naziri parlament seçkilərindən sonra Makronun istefasını istisna edib

2024/06/1a944-1719114167.jpg
Oxunub: 271     02:24     23 İyun 2024    
Fransanın Baş naziri Qabriel Attal növbədənkənar parlament seçkilərindən sonra ölkə prezidenti Emmanuel Makronun istefasını istisna edib.

Ordu.az xəbər verir ki, bu barədə Attal “Le Parisien” qəzetinə müsahibəsində deyib.

“Nəticə nə olursa olsun, prezident vəzifəsində qalacaq. Yeganə sual kimin Baş nazir olacağı və parlamentdə çoxluğu qazanacağıdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, iyunun 9-da Makron Avropa Parlamentinə keçirilən seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanı (Fransa parlamentinin aşağı palatası) buraxmaq qərarına gəlib. Növbədənkənar seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Baş-nazir  


Bizi "telegram"da izləyin