Sinqapur yeni zirehli döyüş vasitəsinin istehsalına başlayacaq

2024/06/image-1719045928.jpg
Oxunub: 252     15:42     26 İyun 2024    
Sinqapurun yeni zirehli döyüş vasitəsini istehsala hazır vəziyyətə gətirdiyi açıqlanıb.

Ordu.az “Shephard News”a istinadən xəbər verir ki, Sinqapurda yerləşən “ST Engineering Terrex” (8×8) zirehli döyüş vasitəsi (AFV) ailəsinin ən son üzvü istehsala hazır vəziyyətə gətirilib.

Məlumata görə, “Terrex” (8×8) ailəsinin bir hissəsi olan “Terrex s5” hibrid elektrikli hərəkət sistemi (HED) texnologiyasına malikdir və qabaqcıl davamlılıq, sağqalma qabiliyyəti və xidmət asanlığı hədəfi üzərində planlaşdırılıb.

2022-ci ildən inkişaf etdirilən “Terrex s5” vasitəsinin ümumi çəkisi 35 tondur və 711 at gücünə malik “Caterpillar” turbomühərrikli dizel mühərriki ilə maksimum 120 km/saat sürətə çata bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinqapur   Terrex  


Bizi "telegram"da izləyin