"Korrupsiya" sözünə uyğun 325 nəticə tapıldı!

“Paşinyan Sorosun təşkilatlarını Qarabağa daxil edir”

2019/08/karav-1567149748.jpg
Oxunub: 646     11:20     30 Avqust 2019    
“Paşinyanın əsas problemi inqilabın Qarabağa ixrac edilməsidir. O, Qarabağın qeyri-stabilləşməsi üçün cəhdlər edirdi, Sahakyanın istefasına nail olmağa çalışırdı”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni siyasi xadim Davit Şahnazarayan “Sputnik Armenia”nın “Hakaharvats” (Əks zərbə) verilişi çərçivəsində sorosçuların Qarabağa soxulması və bunun ehtimal olunan nəticələri barədə danışarkən deyib.


Ermənistan Milli Təhlükəsizlik dövlət qurumuna vaxtilə rəhbərlik edən Şahnazarayanın narahat olmasına əsas səbəb olan məqamlar var.

“Paşinyan hökumətin ehtiyat fondundan Qarabağda (qondarma qurum-red.) keçiriləcək “seçki”ləri müşahidə etməsi üçün xarici ölkə qrantları hesabına sorosçu təşkilatları Qarabağa daxil edir. Söhbət Daniel İoannisyanın “Maarifləndirilmiş Vətəndaşlar Birliyi” və anti-korrupsiya “Transperens İnternational” təşkilatlarına hökumətin ehtiyat fondundan ayrılan 33.6 mln dramdan gedir. Dəfələrlə demişəm ki, Paşinyanın əsas problemi inqilabın Qarabağa ixrac edilməsidir. O, Qarabağın qeyri-stabilləşməsi üçün cəhdlər edirdi, Bako Sahakyanın istefasına nail olmağa çalışırdı. Qeyri-stabilliyə gətirib çıxaran layihələrdən, xüsusilə Samvel Babayanın fəallaşmasından istifadə edirdi”, - deyə Şahnazaryan bildirib.

O qeyd edib ki, Paşinyan görəndə ki, Qarabağın (qondarma qurum-red.) “hərbi siyasi rəhbərliyi” kifayət qədər möhkəmdir və bütün bunlara yol verməyəcək, o zaman bu cür iş üslubuna keçid etməyə başladı.

“Yəni, qeyd edilən təşkilatların vasitəsilə inqilabın Qarabağa sürüklənməsinə, ixrac edilməsinə cəhd edir. Həmin anti-korrupsiya təqibləri məqsədi daşıyan “Transperens İnternational” təşkilatının bu müddət ərzində Paşinyan hakimiyyəti daxilindəki korrupsiya faktları barədə heç bir şey demir”, - deyə erməni siyasi xadim Paşinyanı ifşa edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: