“Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir” - Türkiyədən tələb

2020/07/40549-1595439532.jpg
Oxunub: 15271     21:20     22 İyul 2020    
"İllərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın sülhü pozan və beynəlxalq hüququ heçə endirən hərbi təcavüz cəhdlərini şiddətlə qınayırıq"

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantısı ilə bağlı məlumatda bildirilib.

Qeyd olunub ki, Ermənistan qanunsuz fəaliyyətinə son qoymalı və işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir.

"Dünyadakı siyasi və iqtisadi vəziyyət yeni formada nizamlanır. Bu çərçivədə Türkiyə bütün sahələrdə güclü hazırlıq həyata keçirmək üçün zəruri olan mexanizmlər yaratmalıdır", - deyə məlumatda vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin