Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan - Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı ciddi narahatlığını ifadə edir. Fond şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
Ordu.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycanın tarixi, mədəni, dini abidələrinin məhv edilməsi və Azərbaycan xalqının etnik təmizlənməsinə yönələn Ermənistanın işğalçı siyasətini qətiyyətlə pisləyir və uzun müddət davam edən Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini tapacağına inanır.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
İşğal