Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir

2020/07/54545-1594716204.jpg
Oxunub: 13554     12:34     14 İyul 2020    
Ermənistanın təcavüzü Dağlıq Qarabağ münaqişəsini daha da gücləndirir.

Ordu.az-ın məlumatına görə, bu barədə iyulun 13-də Böyük Britaniya Parlamentinin İcmalar palatasına təqdim olunan "Azərbaycana qarşı erməni təcavüzü haqqında" 717 nömrəli sənəddədeyilir.

İcmalar Palatası qeyd edir ki, iyulun 12-də Ermənistanın törətdiyi təcavüz aktları Ermənistanın Dağlıq Qarabağ və 7 ətraf rayona nəzarət etməsi səbəbindən Azərbaycanla yaranan silahlı qarşıdurmanı daha da artırıb.

İcmalar Palatası Britaniya hökumətini Ermənistanın sülh prosesinə ciddi maneə olan və beynəlxalq hüququ, habelə 1994-cü ildə imzalanmış atəşkəsi rejimini pozan hərəkətlərini pisləməyə çağırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin