Ordu.az xəbər verir ki, Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.
O, 1961-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalı Sarıcalar kəndinə köçüb, sonradan Bakıya qayıdıb işləməyə başlayıb. 1992-ci ilin martında könüllü olaraq Milli Orduya yazılıb, Goranboy, Ağdərə istiqamətlərində döyüşlərdə şücaətlə vuruşub.
K.Rəhimov 1992-ci il iyulun 3-də Ağdərə yaxınlığında gedən döyüşdə şəhid olub. 1994-cü il sentyabrın 16-da ona Milli Qəhrəman adı verilib. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
Qeyd edək k, Bakının küçələrindən biri onun adını daşıyır. Paytaxtda adına park salınıb, büstü qoyulub.
Ordu.az