Ordu.az xəbər verir ki, tank əleyhinə batareya komandiri Valeri Hayrapetyan gecə vaxtı əsgərlər tərəfindən kazarmanın dəhlizində döyülüb.
Məlum olub ki, onun təhqirlərindən və söyüşlərindən təngə gələn əsgərlər toplaşaraq komandiri “cəzalandırmaq” barədə qərar qəbul ediblər. Baş nahiyəsindən, üz-gözündən çoxlu zərbələr nəticəsində xəsarətlər alan zabit V.Hayrapetyan bir daha “cəzalandırılacağından“ qorxduğu üçün izahatında onu kimlərin vurduğunu görmədiyini və heç kimdən şikayətçi olmadığını bildirib. Əsgərlər arasında söz gəzir ki, zabit şikayətçi olacağı təqdirdə öldürüləcəyi barədə xəbərdarlıq alıb.
Zabit şikayət etmədiyi üçün komandanlıq faktı ört-basdır edib.
Ordu.az