Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin insan haqları və rifah mərkəzinin rəisi Alik Avetisyan deyib.
Onun sözlərinə görə, idaretmə prinsipi pozulmasaydı, heç bir hərbçi hərbi hissəni özbaşına tərk etməzdi.
“Qarşılıqlı əməkdaşlıq çərçivəsində son zamanlar Qarabağdakı bölmələrdə olduq. Orada müxtəlif hərbi hissə komandirlərindən hazırda xidmətini həmin hərbi hissələrdə həyata keçirən şəxslər barədə maraqlandım. Dedilər ki, xidməti çox yaxşı təşkil edirlər. Xüsusilə də həmin hadisələrin təşkilatçısı kimi qələmə verilən hərbi qulluqçunun xidməti ilə maraqlandım. Dedilər ki, hər hansı qanunazidd hərəkət olmadan və problemsiz çox rahat xidmət edir”, - deyə Avetisyan bildirib.
O qeyd edib ki, bu məsələ ilə bağlı cinayət işinin araşdırılması hələ də davam edir.
“İlk növbədə hərbi hissə komandanlığı tərəfindən ciddi nöqsana yol verilib. Bunun nəticəsində müvafiq “cərrahiyyə” müdaxilələri baş verib. Hadisənin iştirakçısı olan hərbi qulluqçular hərbi hissədən digər bölmələrə köçürülüblər. Bütün bunlardan nəticə çıxarılıb. Çıxarılan nəticələrin əsasında təkliflər təqdim edilib”, - deyə Avedisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az