Ordu.az xəbər verir ki, əsgərlərlə keçirilən görüşdə cəmiyyətin İnfrastruktur İdarəsinin rəisi Aslan Babayev və hərbi hissənin zabiti Qurban Behbudov çıxış edərək, muxtar respublikada orduya göstərilən hərtərəfli dövlət qayğısından danışıblar. Bildirilib ki, yerli təsərrüfat sahiblərinin, sahibkarların, müəssisə və təşkilatların əsgərlərimizi belə sovqat və hədiyyələrlə sevindirmələri xalqımızın ordumuzla həmrəyliyini bir daha bariz şəkildə nümayiş etdirir.

Sonra dəmiryolçular tərəfindən gətirilən alma sovqatı şəxsi heyətə təhvil verilib.
Qeyd edək ki, bundan əvvəl də dəmiryolçular Naxçıvan şəhərindəki hərbi hissəyə 1 tondan çox meyvə veriblər.
Ordu.az