DSX Ermənistanla sərhəddə əlahiddə diviziya yaratdı

2019/02/35446-1550738009.jpg
Oxunub: 12759     14:31     30 İyul 2019    
Dövlət Sərhəd Xidməti “Qazax” sərhəd dəstəsinin bazasında əlahiddə diviziya formalaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə 29-30 iyul tarixlərində DSX rəisi general-polkovnik Elçin Quliyevin Ermənistanla sərhəddə yerləşən hərbi hissə və bölmələ­rin xidməti-döyüş fəaliyyətini yoxlanılması barədə açıqlanan məlumatda bildirilib.

"2019-cu ilin 29-30 iyul tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş mən­təqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirib", - deyə DSX-nin məlumatında qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Ermənistan  


Bizi "telegram"da izləyin