Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Tavuş vilayət məhkəməsində S.Karlen və S. Qriqorun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
2018-ci ilin fevral ayında müddətli xidmət erməni hərbi qulluqçusu əsgər S. Qriqori əsgərlər arasında, anasının tanışı əvvəllər məhkum edilmiş və məhkumluğunu hələ başa vurmamış S.Karlenin xahişi ilə guya onun yüksək rütbəli Müdafiə Nazirliyindəki tanışı vasitəsilə rüşvət müqabilində əsgərlərə məzuniyyət düzəldə biləcəyi barədə informasiya yayıb.
Bununla 3 hərbi qulluqçu S.Karlenin “xidmətləri”ndən faydalanmağa qərara verib. Onun nömrəsinə zəng edərək, razılaşıblar.
2018-ci il martın 6-da hərbi qulluçulardan biri İrəvanda S.Karlenə 35 min dram vəsait verib. 2018-ci ilin aprelində hərbi qulluçulardan daha birinin valideyni İrəvanda S.Karlenə 50 min dram vəsait verib. Yenə də 2018-ci il aprel ayında digər hərbi qulluçunun valideyni İrəvanda Karlenə 90 min dram vəsait verib.
Nəticədə heç bir hərbi qulluqçu Karlenin “xidmətləri”ndən faydalana bilməyib və Karlen pulları mənimsəyib. Karlenə və vasitəçi əsgər S.Qriqoriyə qarşı CM-nin müvafiq maddələri ilə ittiham irəli sürülüb.
Karlen heç bir yüksək vəzifəli zabit tanışının olmadığını, dolayı yolla aldığı pulları qaytardığını qeyd edib.
Məhkəmənin qərarı ilə S.Karlen törətdiyi əməldə günahkar bilinərək, 2 il 6 ay azadlıqdan mərhum edilib. S.Qriqori törətdiyi əməldə günahkar bilinərək, 1 il müddətinə azadlıqdan mərhum edilib. Lakin o, amnistiya aktı ilə verilən cəzadan azad edilib.
Alpər Mövludoğlu
Ordu.az