“Oğlum aprel döyüşlərində iştirak etdi ki, Paşinyan onu həbsə atsın?” – ETİRAZ

2019/07/45645-1564477801.jpg
Oxunub: 5826     14:20     30 İyul 2019    
“Oğlum aprel hərbi əməliyyatlarında əliyalın döyüşlər aparıb ki, Paşinyan onu aparıb həbsə atsın?”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın İcevan rayonunda baş verən hadisələr zamanı həbs edilən, aprel döyüşlərinin iştirakçısı olmuş əsgərin anası deyib.

O, oğlunun meşə hadisələri, nümayişçilərlə heç bir əlaqəsinin olmadığını, təsadüfən orda dayandığını və polisin onu yalan yerə ittiham edərək həbs etdiyindən şikayətlənir.

Qadın, 23 yaşlı oğlu Tatul Dolyanın ordudan yeni qayıtdığını, meşədəki odun məsələsi ilə heç bir əlaqəsinin olmadığını ifadə edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   İcevan   Etiraz   Paşinyan  


Bizi "telegram"da izləyin