Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Ədliyyə nazirinin sözçüsü Lusine Martirosyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Badasyanın orduda xidmət etməməsi ictimaiyyət arasında xüsusi maraq kəsb edib və müvafiq sənədlərin yayılmasına ehtiyac duyulub.
“Bir neçə gün öncə kütləvi informasiya vasitələrində Ermənistanın Ədliyyə naziri Rustam Badasyanın orduda xidmət etməməsinin qanuniliyi ilə bağlı məlumatın ictimaiyyət üçün maraq kəsb etdiyini nəzərə alaraq, illər öncə Arabkir hərbi komissarlığı tərəfindən cənab Badasyana verilən müayinə haqqında tam aktı diqqətinizə çatdırıram”, - deyə Martirosyan qeyd edib.
Bu qeydlə yanaşı Martirosyan həmin sənədləri yayıb.
Alpər Mövludoğlu
Ordu.az