“Hərbi hissəmizdə hər cür şərait yaradılıb” - FOTO

2019/06/ec085-1559898574.jpg
Oxunub: 1001     21:05     07 İyun 2019    
Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində, ordumuz regionun ən güclüsüdür.

Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə etmək bacarığı digər ordularla müqayisəedilməzdir. Bütün bunlar maddi-texniki bazanın gündən-günə güclənməsi, əsgərlərimizlə keçirilən məşğələlərin yüksək səviyyədə olması hesabına nail olunub. Günün nizam qaydasına uyğun olaraq şəxsi heyətlə mütəmadi olaraq taktiki, atəş, sıra, mühəndis və fiziki hazırlıqdan dərslər keçirilir. Hərbi qulluqçuların fiziki cəhətdən möhkəm olması mühüm amillərdən biridir. Yuxarı komandanlıq şəxsi heyətin fiziki hazırlığını həmişə diqqət mərkəzində saxlayır. Bu sistemli şəkildə həyata keçirilir. Bununla yanaşı, müxtəlif idman yarışları təşkil olunur.

Düşmənlə təmas xəttində yerləşən “N” hərbi hissədə şəxsi heyətin fiziki hazırlıqla məşğul olduğunun şahidi olduq. Bizi müşayiət edən mayor Nemət Rəhimov bildirdi ki, əsgərlərimizin fiziki cəhətdən möhkəm olması döyüş meydanında sağ qalmasının təminatıdır. “Fiziki hazırlıq döyüş hazırlığının ayrılmaz hissəsidir. Fiziki cəhətdən güclü hərbi qulluqçu istənilən tapşırığı uğurla icra etməyə qadirdir. Bunu əsas tutaraq, komandirlərimiz şəxsi heyətin fiziki hazırlığını diqqət mərkəzində saxlayırlar. Hərbi hissəmizdə də bunun üçün hər cür şərait yaradılıb. Ancaq unutmamalıyıq ki, hər bir hərbi qulluqçu fiziki hazırlığına görə fərdi məsuliyyət daşıyır. Ordumuzun sıralarında xidmət edən gənclərimiz təyin olunmuş vaxtlarda idmanla məşğul olur, müxtəlif çalışmalar yerinə yetirirlər. Nəticədə sağlamlıqları möhkəmlənir, təlimlərdə cəld və dözümlü olurlar”.

- Hələ kiçik yaşlarımdan idmanın güləş növü ilə məşğul oluram, - deyə əsgər Əkbər Əliyev söhbətə başladı. - Həmişə televiziyada güləş üzrə yarışlara, məşhur idmançılara həsr edilən filmlərə baxırdım. Nə vaxtsa mən də onlar kimi olmaq, bayrağımızı ucaltmaq istəyirdim. Məqsədimə çatmaq üçün daim öz üzərimdə çalışırdım. Gündən-günə təcrübəm artırdı. Nəhayət, 2015-ci ildə təşkil olunan yarışda ikinciliyi qazandım. Bu qürurverici idi. Ancaq məqsədimə hələ çatmamışdım. Məşqlərimi davam etdirir, başqa yarışlara da qatılırdım. Sözsüz ki, çəkdiyim əziyyət tez bir zamanda öz bəhrəsini verdi. Üçrəngli bayrağımızı dalğalandırmaq mənə də qismət oldu. İndi hərbi xidmətdəyəm. Lakin məşqlərimi dayandırmamışam. Hərbi mundiri daşıyaraq məşqlərimi daha inamla davam etdirirəm. İnanıram ki, tez bir zamanda yarışlarda üçrəngli bayrağımızı dalğalandırdığım kimi, Qarabağımızın ən yüksək zirvəsində də dalğalandıracağıq.

“Vətənimizi istər döyüş meydanında, istərsə də beynəlxalq yarışlarda təmsil etmək bizim müqəddəs borcumuzdur. Atam Qarabağ müharibəsi veteranıdır. O bizə həmişə idmanla məşğul olmaqdan danışırdı. Deyirdi ki, fiziki cəhətdən möhkəm, güclü olmaq həyatda, ən əsas isə düşmənə qarşı mübarizədə çox vacib şərtdir. Onun tövsiyələrinə əsasən sərbəst vaxtlarımda idmanla məşğul olurdum. Həyətimizdə turnik, paralel qollar düzəltmişdik. Xidmətə gəldikdən sonra da daha səylə idmanla məşğul oluram. Komandirlərim burada da köməklik göstərir, fiziki hazırlığımızı artırmağımız üçün şərait yaradırlar. Onlardan yeni elementlər öyrənirəm. İndi yaş qrupuma uyğun olaraq bütün normativləri yerinə yetirirəm”, - əsgər Xəyyam Qədirov dedi.

Əsgərlərimiz idman alətlərində müxtəlif elementləri yerinə yetirdikcə, onların fiziki cəhətdən hazırlıqlı olduqları hiss olunurdu. Zabitlərin də vəzifə borclarına nə qədər məsuliyyətlə yanaşmaları sezilirdi. Biz də onlara üçrəngli bayrağımızı işğaldan azad olunan torpaqlarımızda dalğalandırmalarını arzu edərək sağollaşırıq.

Ruslan Həsənzadə, A.O

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Ali-Baş-Komandan  

“Hərbi hissəmizdə hər cür şərait yaradılıb” - FOTO

2019/06/ec085-1559898574.jpg
Oxunub: 1002     21:05     07 İyun 2019    