"Altay" yerli "Tanok", yoxsa Ukrayna "Konus"ları ilə təchiz ediləcək? – ANALİZ (EKSPERT)

2019/05/752x3-1557212053.jpg
Oxunub: 2373     14:13     07 May 2019    
Türkiyənin raket və mərmi istehsalında lider olan ROKETSAN şirkətinin ilk dəfə 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirdiyi məhsullardan biri də lazerlə idarəolunan "Tanok" raketi oldu. Bəzi mənbələr yerüstü, suüstü və aşağıdan uçan hədəflərə qarşı mübarizə apara bilən bu tip sursatları doğru olaraq, tuşlama başlıqlarına sahib olduqları üçün raket sinifinə aid edirlər.

ROKETSAN-ın raket və tuşlama texnologiyaları ilə əlaqədar bütün bilik və təcrübəsini özündə əks etdirən "Tanok" tank sursatı Türkiyə Silahlı Qüvvələrinin lazerlə idarəolunan tank əleyhinə mərmi ehtiyacının qarşılanması məqsədi ilə hazırlanıb. Bu mərmi az kütləsi və istifadəçiyə zərər verməyən mühərriki sayəsində portativ olaraq daşınan silahlardan buraxıla və ya digər yerüstü texniki vasitələrdən atıla bilər. Müasir döyüş sahəsinin ehtiyaclarına, yüksək səmərəliliyə malik "Tanok" mövcud tanklar üçün uyğun bir sursat variantı hesab edilir.

120 millimetrlik lazer başlıqlı "Tanok" ənənəvi artilleriya sursatlarına innovativ bir alternativ hesab edilir. Yeni raket aşağı çəkiyə, rahat atəş mexanizminə, yüksək dəqiqliyə və istehsalın ciddi iqtisadi səmərəlilik göstəricisinə malikdir. Lazerli mərmi əlavə olaraq daşınan və nəqliyyat vasitələrinə quraşdırılan tank əleyhinə raket komplekslərindən də istifadə edilə bilər.

120 millimetr lazerlə idarəolunan "Tanok" raketi tanklar və digər iri çaplı silahların sursatlarına alternativ olaraq yeni bir müasir variant kimi hazırlanıb. Rəqib ölkələrin hərbi ekspertlərinin yeni və üstün texnologiyaya malik olduğunu etiraf etdikləri "Altay"ın əsas döyüş silahı olaraq 120 mm-lik top ilə təchiz edilməsini və yaxın zamanda onun seriya istehsalına başlanmasını nəzərə alsaq, o zaman "Tanok" idarəolunan tank mərmisinin tank ilə paralel təqdim edilməsinin sətiraltı mənası aydın olur. Dolayısı ilə Türkiyənin ilk milli tankının atəş sınaqlarını ROKETSAN şirkətinin hazırladığı "Tanok" idarəolunan tank raketi ilə keçirəcəyi ehtimalı getdikcə artır.

Milli tankın yerli lazer başlıqlı idarəolunan mərmilərlə təmin edilməsi isə Türkiyənin hərbi sahədə ciddi bir istehsalçıya çevrildiyini göstərir, o cümlədən ölkənin müdafiə sənayesinin inkişafını sübut edir.

Lazerlə tuşlama xüsusiyyəti ilə yalnız sabit hədəflərə deyil, tankın özü və atəş açılacaq hədəf hərəkətdə olduqda belə yüksək zərbə inkanına malik raketlə birbaşa və üstdən zərbə rejimləri ilə atəş açmaq mümkün olacaq. Tandem tipli zireh dəlici başlığa malik "Tanok"un müasir döyüş sahəsindəki bütün zirehli təhdidlərə qarşı təsirli bir həll olaraq qəbul ediləcəyi gözlənilir.

Son dərəcə effektiv və döyüş meydanında fərqli vəziyyət yaradacaq sursat olaraq hazırlanan "Tanok"un önümüzdəki dövrdə, ROKETSAN şirkətinin ən çox tələb olunan məhsullarından biri olacağı gözlənilir. "Tanok" raketinin çapı 120 millimetr, uzunluğu 984 millimetr, kütləsi 11 kiloqram, atəş məsafəsi isə 1-6 kilometrdir.

Digər maraqlı bir məqam isə IDEF-2019 sərgisinin ilk günündə "Ukroboronprom" Şirkətlər Qrupunun bir hissəsi olan "Spetstexnoexport" şirkətinin nümayəndələrinin Türkiyənin dövlət şirkəti MKEK (Makina ve Kimya Endüstrisi Kurumu) ilə tanklardan buraxılan 120 mm çaplı "Konus" idarəolunan raketlərinin təchiz edilməsi barədə müqavilə imzalamasından ibarətdir.

NATO ölkələrində qəbul edilən 120 mm top çapına uyğun olaraq Ukraynanın "Luç" şirkətində istehsal edilən "Konus" idarəolunan mərmiləri, Alyansın artilleriya mərmərinin ümumi ölçülərinə uyğun gəlir və digər növ sursatlar ilə birgə döyüş dəsti konveyerinə yerləşdirilə bilir.

Lazer uşlama başlığına malik "Konus" idarəolunan raketləri T-84-120 "Yatagan" tankında mövcud olan NATO standartlı 120 mm-lik KBM2 L50 yivsiz topunda uğurla sınaqdan keçirilib. "Konus"un başlığı kumulyativ tandem tiplidir, çapı 120 millimetr, uzunluğu 984 millimetr, kütləsi 27 kiloqram, atəş məsafəsi isə 5.5 kilometrdir. O, 700 mm-lik dinamik mühafizəli zirehə nüfuz edə bilir. Tükiyə raketlərinin 2.5 dəfə yüngül kütləyə malik olması, həm də yerli şirkətdə istehsal edilməsi çox ciddi və həlledici bir üstünlük hesab edilməlidir.

Qeyd edək ki, müqavilənin birinci mərhələsində 120 mm "Konus" raketlərinin və onların tuşlama sistemlərinin Türkiyənin əsas döyüş tanklarına inteqrasiyası planlaşdırılır, sonrakı mərhələdə isə texnologiyanın qismən ötürülməsi nəticəsində Ukrayna raketləri MKEK zavodlarında istehsal ediləcək. Bu isə "Altay" əsas döyüş tankının mərmilərlə təchizatı məsələsində əsas rəqabətin MKEK və ROKETSAN arasında gedəcəyindən xəbər verir. Böyük ehtimalla son qərarı qoşun sınaqlarının nəticələri təyin edəcək. Fikrimcə, sonda ROKETSAN-ın "Tanok" raketi tenderin qalibi olacaq. Zərurət yaranacağı halda Türkiyə istehsalı olan tankların və lazer başlıqlı idarəolunan sursatların, təxminən 2023-cü ildən sonra Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yer alacağı istisna edilmir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tanok   Konus   Türkiyə   Altay  

"Altay" yerli "Tanok", yoxsa Ukrayna "Konus"ları ilə təchiz ediləcək? – ANALİZ (EKSPERT)

2019/05/752x3-1557212053.jpg
Oxunub: 2374     14:13     07 May 2019    