Bu barədə
Ordu.az DFC-yə istinadən xəbər verir.
Məlumata görə, təsdiqlənmiş layihələrə arasında Cənubi Qafqazda iqtisadi əməkdaşlıq və birgə rifah vasitəsilə sülhün möhkəmləndirilməsi təşəbbüsü daxildir.
DFC-dən qeyd ediblər ki, təşəbbüs Azərbaycan və Ermənistan arasında imzalanmış sülh bəyannaməsinə, həmçinin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) Çərçivə Sazişinə əsaslanır.
"Cənubi Qafqazda iqtisadi əməkdaşlıq və ümumi rifah vasitəsilə sülhün möhkəmləndirilməsi: ABŞ və Ermənistanın birgə müəssisəsi olan "TRIPP Development Company" şirkətinin yaradılması ticarətin, nəqliyyatın və iqtisadi inkişafın dəstəklənməsinə, həmçinin beynəlxalq, dövlətlərarası və dövlətdaxili nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına yönəlib. Bu müəssisə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh bəyannaməsinə və dəmir yolları, avtomobil yolları, boru kəmərləri, fiber-optik şəbəkələr və digər əsas infrastruktur layihələrini dəstəkləmək üçün 'Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu' (TRIPP) Çərçivə Sazişinin imzalanmasına əsaslanır", - məlumatda bildirilib.
Ordu.az