Ermənistanda Karapetyanın partiyasının 50-dən çox üzv və tərəfdarının evində axtarış aparılır

2026/06/1780557023.jpg
Oxunub: 159     11:01     04 İyun 2026    
Ermənistanda hüquq-mühafizə orqanları bu gün səhər saatlarından etibarən dörd vilayətdə onlarla ünvanda axtarış əməliyyatları keçirirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, çoxsaylı şəxslərin maddi maraqlandırılması və xüsusilə külli miqdarda pul vəsaitlərinin yuyulması faktı üzrə başlanmış cinayət işi çərçivəsində 50-dən çox ünvanda axtarış aparılır.

Ermənistan KİV-lərinin məlumatına görə, əməliyyatlar erməni iş adamı, baş nazirliyə namizəd Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasının üzvü Alik Aleksanyan barəsində açılmış cinayət işi çərçivəsində həyata keçirilir.

Bildirilib ki, partiya üzvlərinin, eləcə də partiya ilə əlaqəli şəxslərin yaşayış yerlərində axtarışlar aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin