Ramin Məmmədov: "Azərbaycançılıq keçmişimizin mənəvi kodu və gələcəyimizin ideoloji yol xəritəsidir"

2025/05/sedr--1748243059.jpg
Oxunub: 164     10:47     04 İyun 2026    
Azərbaycançılıq ölkənin keçmişinin mənəvi kodu və gələcəyinin ideoloji yol xəritəsidir.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Şəkidə keçirilən "Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər" mövzusunda regional konfransdakı çıxışında deyib.

Onun sözlərinə görə, Ulu Öndərin siyasi irsinin dərindən öyrənilməsi və daha geniş şəkildə təbliği hər kəsin üzərinə düşən başlıca vəzifədir:

"Tarix boyu xalqımızın milli birlik və dövlət quruculuğu arzularını davam etdirən ideyalar müasir dövrdə Azərbaycançılıq məfkurəsində özünün ən dolğun ifadəsini tapıb. Azərbaycançılıq həm keçmişimizin mənəvi kodu, həm də gələcəyimizin ideoloji yol xəritəsidir. Etnik mənsubiyyətindən, dini etiqadından və sosial statusundan asılı olmayaraq bütün azərbaycanlıları vahid Vətən və dövlət mənafeyi ətrafında birləşdirən güclü platformadır.

Əldə olunan nəticələr göstərir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi ideoloji xətt zamanın sınağından uğurla çıxıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və nailiyyətlərlə təkmilləşərək ölkəmizin hərtərəfli inkişafının, birliyimizin əsas dayaqlarından birinə çevrilib. Müasir dövrün çağırışları fonunda Ulu Öndərin siyasi irsinin dərindən öyrənilməsi, daha geniş şəkildə təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması hər birimizin üzərinə düşən başlıca vəzifədir. Biz milli düşüncəni hər bir xalqın inkişaf yolunu müəyyən edən və möhkəmləndirən əsas mənəvi-siyasi sistem kimi qəbul edirik".

Komitə sədri qeyd edib ki, bu gün ölkədə dini etiqad azadlığının təmin olunması milli-mənəvi dəyərlərə verilən yüksək önəmin göstəricisidir:

"Vahid milli məfkurə dövlətçilik əqidəsinin möhkəmləndirən güclü mexanizm rolunu oynayır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, zəngin mədəni mühitdə formalaşmış inanc sisteminin mərkəzində məhz genetik şüurumuzu əks etdirən ideallar dayanır. Xalqımızın dərin tarixi keçmişinin qorunması, sistemli şəkildə öyrənilməsi və təbliğini nəzərdə tutun dövlət siyasətinin prioritetlərindən biri də din sahəsidir.

Azərbaycanda din ictimai həmrəyliyi möhkəmləndirən vacib amillərdən biri kimi çıxış edir. Eyni zamanda dini baxışların siyasi məqsədlər üçün sui-istifadəsinə qarşı ictimaiyyətdə qətiyyətli mövqe formalaşıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ramin-Məmmədov   Azərbaycançılıq  


Bizi "telegram"da izləyin