Ermənistanda yay hərbi çağırışının müddətləri açıqlanıb

2018/01/0aca735dbd02065ba2cae69f062d7f82213_151488242732432_1516466494.jpg
Oxunub: 213     13:18     04 İyun 2026    
Ermənistan Silahlı Qüvvələrində 2026-cı ilin yay hərbi çağırışı iyunun 8-dən avqustun 15-dək keçiriləcək.

Ordu.az xəbər verir ki, bununla bağlı qərar Ermənistan hökumətinin iyunun 4-də keçirilən iclasında qəbul olunub.

Məlumata görə, çağırış kampaniyası göstərilən tarixlər ərzində həyata keçiriləcək.

Xatırladaq ki, 2026-cı ildən etibarən Ermənistanda müddətli həqiqi hərbi xidmətin müddəti iki ildən bir il yarıma, yəni 18 aya endirilib.

Bununla belə, əvvəlki çağırış dövrlərində xidmətə başlayan hərbi qulluqçular əvvəlki qaydaya uyğun olaraq iki il xidmət etməyə davam edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-çağırış  


Bizi "telegram"da izləyin