AİB-də Ermənistanın üzvlüyünün dayandırılması proseduru dekabradək hazırlanacaq

2026/05/1779884004.jpg
Oxunub: 196     13:16     04 İyun 2026    
“Avrasiya İqtisadi Birliyinin (AİB) müqaviləsində üzvlüyün dayandırılması və ya təşkilatdan çıxarılma mexanizmi nəzərdə tutulmadığı üçün bu məsələnin hüquqi əsaslarının dekabr ayınadək hazırlanması planlaşdırılır”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “İnterfaks” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda üzvlüyün dayandırılması anlayışının hüquqi mahiyyəti araşdırılır.

Overçuk qeyd edib ki, AİB haqqında müqavilədə nə üzvlüyün dayandırılması, nə də üzv dövlətin təşkilatdan çıxarılması proseduru mövcuddur.

Bu səbəbdən məsələnin hüquqi baxımdan diqqətlə öyrənilməsi tələb olunur.

Rusiya rəsmisi bildirib ki, bu istiqamətdə işlərin dekabr ayına qədər davam etdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, may ayının sonunda Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Aİİ-dəki üzvlüyü məsələsinin növbəti iclasda müzakirə olunacağını açıqlamışdılar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AİB   Ermənistan  


Bizi "telegram"da izləyin