"Tanok" sözünə uyğun 6 nəticə tapıldı!

ROKETSAN "Tanok" tank mərmisini nümayiş etdirdi

2019/05/,k_7O-1556719087.jpg
Oxunub: 1198     17:57     01 May 2019    
Türkiyənin raket və mərmi istehsalında lider olan ROKETSAN şirkətinin hazırladığı "Tanok" tank mərmisi ilk dəfə 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisndə nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, ROKETSAN-ın raket və tuşlama texnologiyaları ilə əlaqədar bütün bilik və təcrübəsini "Tanok" tank sursatında tətbiq etdiyi diqqəti cəlb edir.

120 millimetr lazerlə idarə olunan "Tanok" mərmisi, tanklar və digər iri çaplı silahların sursatlarına alternativ olaraq yeni bir müasir variant kimi hazırlanıb.

Türkiyə Silahlı Qüvvələrinin lazerlə idarəolunan tank əleyhinə sursat ehtiyacının qarşılanması məqsədiylə hazırlanan "Tanok" az kütləsi və istifadəçiyə zərər verməyən mühərriki sayəsində portativ olaraq daşınan silahlardan istifadə edilə və ya digər yerüstü vasitələrdən atıla bilər.

Müasir döyüş sahəsinin ehtiyaclarına, yüksək səmərəliliyə malik "Tanok" mövcud tanklar üçün uyğun bir sursat variantı hesab edilir.

Yarıaktiv lazerlə tuşlama xüsusiyyəti ilə yalnız sabit hədəflərə deyil, həm də hərəkətli hədəflərə qarşı yüksək zərbə inkanına malik mərmi, birbaşa və üstdən zərbə rejimləri ilə fərqli məsafələrdəki hədəflərə qarşı təsirli olacaq. Tandem tipli zireh dəlici başlığa malik "Tanok" müasir döyüş sahəsindəki bütün zirehli təhdidlərə qarşı təsirli bir həll olaraq qəbul edilir.

Son dərəcə effektiv və döyüş meydanında fərqli vəziyyət yaradacaq sursat olaraq hazırlanan "Tanok"un önümüzdəki dövrdə, ROKETSAN şirkətinin ən çox tələb olunan məhsullarından biri olacağı gözlənilir. "Tanok" mərmisinin çapı 120 millimetr, uzunluğu 984 millimetr, kütləsi 11 kiloqram, atəş məsafəsi isə 1-6 kilometrdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tanok   ROKETSAN