Azərbaycan HHQ-yə tədarük ediləcək JF-17-nin MiQ-21 və Su-30 üzərində qələbəsi – O hələ Blok I idi (ANALİZ)

2019/03/65945-7758450270.jpg
Oxunub: 10796     12:58     04 Mart 2019    
Hindistan Hərbi Hava Qüvvələrinin 2019-cu ilin fevralın 26-da Kəşmirin Pakistanın nəzarətində olan bölgələrinə endirdiyi hava zərbələri, bölgədə vəziyyətin kifayət qədər gərginləşməsinə səbəb oldu. Bu zərbədə Hindistan HHQ-nin 7-ci qırıcı eskadrilyasının "Dassault Mirage 2000H/I" qırıcıları iştirak etdilər, "Rafael Litening" naviqasiya-nişangah konteynerlərindən istifadə edilərək 6 ədəd 900 kq-lıq "Rafael SPICE 2000" bombaları Balakot və Mansəhra bölgəsinə atıldı. Bombalar Hindistanın hədəflədiyi 3 bölgədən təxminən 150, 185 və 200 metr yayındı.

Xatırladırıq ki, Kəşmir Hindistan və Pakistan arasında müsəlmanların əksəriyyət təşkil etdiyi mübahisəli bir ərazidir və bütün silahlı münaqişələr bu və ya digər şəkildə vilayətlə əlaqələndirilir. Kəşmirdə, əsasən müsəlmanların yaşamasına baxmayaraq, Hindistan daim bu əraziləri ələ keçirməyə çalışır. Pakistan bu əraziləri azad etmək üçün bir neçə dəfə cəhd göstərib. Hazırda Cammu və Kəşmirin 60% -i Hindistanın, 30% -i Pakistanın, 10%-i isə Çinin nəzarətindədir. Kəşmir bölgəsinin statusu sərhədlər barədə rəsmi sazişlərdə öz əksini tapmayıb.

Hindistan, endirdiyi zərbələrin həmin ərazilərdə yerləşən “terror qruplaşmaları”na qarşı yönəldiyini əsas gətirsə də, Pakistan bu ittihamları qəbul etməyərək adekvat cavab vermək hüququnu özündə saxladığını bəyan etdi. Fevralın 27-də, saat 10:30 radələrində Pakistan HHQ-yə məxsus qırıcının sərhədləri pozan Hindistana məxsus iki qırıcının məhv etməsi, regionda onsuz da gərgin olan vəziyyətlə bərabər ikitərfli münasibətləri də ciddi şəkildə gərginləşdirdi.

Pakistan rəsmiləri, Hindistanın hava hücumuna cavab olaraq, Hərbi Hava Qüvvələrinin fevralın 27-də Kəşmir üzərində reyd keçirməsini, qarşılıq vermək üçün havaya qalxan Hindistan HHQ-nin modernləşdirilən MiQ-21bis UPG (Bizon) döyüş təyyarəsinin pakistanlı pilotun idarə etdiyi qırıcı tərəfindən vurulduğunu bildirdilər.

Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəhbəri general-mayor Asif Qafur bu barədə rəsmi açıqlama verərək, Hindistan aviasiyasının iki ölkəni ayıran sərhədi pozduğunu, Pakistan aviasiyasının ölkənin hava məkanını pozan iki hind təyyarəsini vurduğunu, təyyarələrdən birinin Azad Kəşmir ərazisinə, digərinin isə ümumi nəzarət məntəqəsi rayonuna düşdüyünü rəsmi olaraq təsdiqlədi.

Hindistanın əsir düşən iki pilotundan biri yaralı olduğu üçün saxlanılır, digəri isə (Abhinandan Varthaman) martın 1-də azad edilib.

İndi isə hadisələrin xronologiyasına nəzər salaq. Hindistan mənbələrinə görə, hadisə fevralın 27-də yerli vaxtla saat 10:00 radələrindən sonra baş verib. Pakistan Hava Qüvvələrinin F-16, JF-17 "Thunder" Block I və "Mirage 5" qırıcılarından ibarət eskadrilyası Hindistanın öncəki gün Kəşmirin Pakistanın nəzarətində olan bölgələrini bombalanmasına cavab olaraq, Kalalah bölgəsində sərhəd xətti boyunca uçuşlar keçirməklə Bhimber-Gali yaxınlığındakı Hindistan Ordusunun briqada qərargahını və Narianadaki sursat anbarını vura biləcəklərini nümayiş etdirmək məqsədilə, 6 ədəd 900 kq bombanı boş əraziyə atdı. Bombaların mülki insanlar arasında itkilərə səbəb olmaması üçün pilotlar bomba partlayıcılarını da aktivləşdirmədilər. Bu zərbə bir gün əvvəl Hindistan qırıcıları tərəfindən Balakot və Mansəhra bölgəsinə endirilən 6 ədəd 900 kq-lıq "Rafael SPICE 2000" qeyri-dəqiq bomba zərbələrinə adekvat və layiqli cavab idi.

Hindistan Hava Qüvvələri rəqiblərini ələ keçirmək üçün bir neçə döyüş təyyarəsini qaldırsa da, onlar Pakistan qırıcıları tərəfindən "layiqincə" qarşılandı.

Pakistanın mənbələrinə görə isə Hindistan Hərbi Hava Qüvvələrinin 51-ci eskadrilyasında iki ədəd MiQ-21bis UPG (Bison) qırıcısı, Pakistan HHQ-nin 16-cı eskadrilyasının iki ədəd (Hindistan qaynaqlarına görə üç ədəd) JF-17 "Thunder" Block I qırıcısı tərəfindən sərhəd xətti yaxınlığında ələ keçirildi. Pakistan qırıcılarının hücumu nəticəsində Hindistan HHQ-nin CU2328 nömrəli MiQ-21bis UPG (Bison) qırıcısı "hava-hava" raketi ilə məhv edildi. Pakistanın Kəşmir ərazisinə düşən MiQ-21bis UPG (Bison) qırıcısının hindistanlı pilotu Abhinandan Varthaman katapult edərək sağ qalsa da, yerə enən kimi pakistanlılar tərəfindən ələ keçirildi. Pakistan hərbçiləri pilotu yerli əhali tərəfindən zorakılığa məruz qalmaqdan xilas edə bildilər. Paraşütlə enən pilot üzərində olan "Glock 26" tapançasından beş dəfə atəş açsa da, yerli sakinlər tərəfindən ələ keçirildi. Bəzi versiyalar tapançanın bir neçə atəşdən sonra "tutulduğunu" da bildirir.

Pakistan mənbələrinə görə, Hindistan qırıcısının üzərində qələbəni Pakistanın JF-17 qırıcısının pilotu, eskadrilya komandiri Həsən Siddiqui qazanıb. Beləliklə, Pakistanın istehsal etdiyi və Azərbaycanın da əldə etməyə hazırlaşdığı JF-17 qırıcısı ilk hava döyüşündə etibarlı və ciddi qələbə qazandı. Daha öncə Hindistanın AIM-120 AMRAAM reketinin qalıqlarını nümayiş etdirməsi, hamıda MiQ-21bis UPG (Bison) qırıcısının Pakistan HHQ-nin F-16-sı tərəfindən məhv edildiyi barədə təsəvvür yaratmışdı. Lakin son məlumatlar bunu təsdiq etmədi. Pakistanınlı nazir Zərtac Gül Vəzirin eskadrilya komandiri, JF-17 Blok I qırıcısının pilotu Həsən Siddiquini təbrik etməsi, onun JF-17 aviabazasında, bu qırıcının fonunda digər pilotlarla çəkilən videosunu tvitter üzərindən paylaşması, vurulan Hindistan qırıcısının biri ilə əlaqədar bütün qaranlıq məqamlara aydınlıq gətirdi.

Hadisə baş verəndən dərhal sonra bu hadisədə üç mümkün variant nəzərdən keçirilirdi:

1. JF-17 AIM 120 AMRAAM-dan atəş açıb;
2. Hindistan Pakistan istehsalı təyyarənin uğurunu həzm edə bilmədiyi üçün qələbəni ABŞ qırıcısına tərəf "yönləndirməyə" çalışır;
3. Məhv edilən iki Hindistan döyüş təyyarəsindən ən azı biri JF-17, digəri isə F-16 tərəfindən vurulub.

İstənilən halda JF-17-nin ilk dəfə hava döyüşündən qalib ayrılması dünya aviasiya bazarında kartların yenidən paylanmasına səbəb olacaq. Çünki bu Pakistan qırıcısının həm ilk hava döyüşü, həm də ilk uğuru idi. Bu hadisənin digər əhəmiyyətli tərəfi isə indiyə qədər dünya ictimaiyyətinə dünyanın ən güclü aviasiya vasitələri kimi təqdim edilən MiQ və Su sinifində olan qırıcıların imkanlarının məhdud olması, JF-17 ilə mübarizə aparmağa qadir olmadıqları sübut edildi.
Müasir JF-17 qırıcıları isə yeni KJ300G radioelektron əks təsir kompleksinə sahibdir. Məlumdur ki, konteyner versiyasında hazırlanan bu kompleks qırıcı ailəsinin bort radioelektron avadanlıqlarının tərkibinə daxildir.

KJ300G tərəfindən yaradılan aktiv müdaxilənin tezlik diapazonu 6.5-17.5 GHz təşkil edir ki, bu da demək olar ki, bütün müasir H/X/Ku/J diapazonlu santimetr dalğalı radilokatorlar ilə, eləcə də bu tezliklərdə fəaliyyət göstərən AIM-120C, R-77, "MICA-EM" və "Astra" tipli aktiv radiolokasiya tuşlama başlıqlı idarəolunan "hava-nava" raketləri ilə mübarizə aparmağa imkan verir. Bu səbəbdən də Pakistan Hərbi Hava Qüvvələrinin hava döyüşündə F-16 funksiyalarından geri qalmayan texniki uçuş keyfiyyətlərinə malik olan yerli istehsal JF-17 (17 rəqəmi məhz 16-dan yüksək olduğunu vurğulamaq məqsədi daşıyır) qırıcılarından istifadə etməməsi mümkün deyildi. Pakistanın silahlanmasında daha üstün vasitələrə malik olmasına baxmayaraq, modernləşdirilən MiQ-21bis UPG (Bison) qırıcısını JF-17 Block I ilə məhv etməsi, həm münaqişə tərəflərinə, həm müttəfiqlərə, həm də gələcək müştərilərə verilən mesaj kimi qəbul edilməlidir. İllərlə istehsal edilən məhsulu reklam rolikləri ilə reklam etməkdənsə, bir dəfə döyüşdə tətbiq edib susmaq daha böyük effekt verir. Bu metod adətən İsrail Ordusu tərəfindən daim tətbiq edilirdi, görünür Pakistan tərəfi də bu metoda üstünlük verir.

Hindistana məxsus CU2328 bort nömrəsi daşıyan MiQ-21 qırıcısının məhv edildikdən sonra Pakistan ərazisinə düşməsi, sərhədin Hindistan HHQ tərəfindən pozulduğunu sübut edir. Baş verənlərlə bağlı Hindistan bölgədə olan 4 hava limanını, Pakistan isə tam hava məkanını uçuşlara qapalı bölgə elan etdi.

Yayımlanan video və fotogörüntülərdə Hindistanın MiQ-21 qırıcısının AİM 120 AMRAAM raketilə məhv edildiyi nümayiş etdirilib. İndiyə qədər AIM-120 AMRAAM raketləri F-15, F-16, F/A-18, F/A-22, F-35, "Eurofighter", "Harrier", "Tornado", JAS-37 və JAS-39 təyyarələrində istifadə edilib. Münaqişə zonasında isə bu qırıcılardan, yalnız Pakistanın silahlanmasında mövcud olması, məhv edilən iki Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcıdan biri olan MiQ-21-in məhz "Şahin" tərəfindən məhv edildiyi barədə təssürat yaradırdı. Lakin JF-17 Block I təyyarəsində AIM-120 AMRAAM və ASRAAM raketlərindən istifadə etmək bacarığı, həm də Pakistan rəsmilərinin sosial şəbəkə vasitəsilə pilotu təbrik etməsi vurulan Hindistan qırıcısının yalnız biri ilə bağlı məqamlara işıq saldı. Lakin bununla bütün məsələlər tam aydın olmadı. Çünki Hindistan tərəfi birinci qırıcının məhv edilməsinin ardınca 2 ədəd МiQ-21, 2 ədəd "Mirage 2000" və 4 ədəd Su-30 MKİ qırıcısını havaya qaldırıb. Pakistan isə əsasən JF-lərdən istifadə edib. Bəzi mənbələr isə bu zaman əlavə olaraq Hindistanın MiQ-29 və MiQ-27 təyyarələrin də hava döyüşündə iştirak etdiyini bildirir. Aviasiya vasitələrinin əksəriyyətinin Su-30MKİ olması isə, Hindistan tərəfinə havada üstünlüyü əldə etməyə imkan verməyib. Təyyarə Pakistanın nəzarətində olan bölgədə vurulsa da, nəzarət xəttinin Hindistana yaxın hissəsində yerə çırpılıb. Görüntülərin yayımlanması istehsalçının və istifadəçinin maraqlarına cavab vermədiyi üçün gizli saxlanılır.

Bəzi qeyri-rəsmi mənbələr məhz Su-30MKİ qırıcılarından birinin, digərləri isə MiQ-29 və ya MiQ-27 təyyarəsinin hava döyüşü zamanı məhv edildiyini bildirir. İstənilən halda məhv edilən hər iki aviasiya vasitəsinin baza modelləri SSRİ-də istehsal edilib. MiQ-lər Rusiya tərəfindən modernləşdirilib, Su-30 MKİ isə istehsal texnologiyası ilə Hindistana satılıb. Hazırda yerli istehsal hesab edilən Su-30 qırıcılarının da MiQ-lər kimi Pakistan aviasiya vasitələri qarşısında zəifliyini göstərməmək, Hindistanın maraqlarına cavab verir. Hesab edirəm ki, belə bir ciddi faktı uzun müddət gizli saxlamaq mümkün olmayacaq.

Həm Hindistan, həm də Pakistan məlum səbəblərdən silahlanmaya ciddi vəsait ayırır, lakin Pakistanın əvvəllər ABŞ-la, hazırda isə Çinlə müasir silah sistemlərinin, xüsusilə də HHM və HHQ-nin yenilənməsi istiqamətində ciddi addımlar atması, son hava əməliyyatlarında öz müsbət nəticəsini verdi.

Şübhəsiz ki, bəzi şəxslər pilotların hazırlıq məsələsinə diqqət yönəldərək, Pakistanın əsir götürdüyü hindistanlı pilotun hazırlıq səviyyəsinin zəif olması versiyasını irəli sürəcək. Bu məsələyə aydınlıq gətirmək üçün əsir düşən hind pilotla Sizi tanış etmək istəyirəm.

Qırıcı-aviadəstə komandiri Abhinandan Varthaman təqaüddə olan Hindistanın aviasiya marşalı Simhakutti Varthamanın oğludur. Ata Varthaman Hindistan Hərbi Hava Qüvvələrinin baş sınaq pilotu olub və ehtiyata çıxana qədər Rusiya ilə 5-ci nəsil Su-57 yaradılması üzrə FGFA proqramının Hindistan tərəfindən kuratoru olub.

Abhinandan Varthaman hərbi karyerasının əvvəlini MiQ-21-də başlasa da, sonra Su-30MKİ qırıcısında xidmət edib. 51-ci eskadrilyada isə onu yenidən MiQ-21bis UPG (Bison) qırıcısına keçiriblər. O, dəfələrlə müxtəlif təltiflərə layiq görülüb. Göründüyü kimi, Hindistan tərəfi Abhinandan Varthamanın rütbəsini və vəzifəsini açıqlamır. Lakin pilot Abhinandan Varthamanın 51-ci eskadrilyanın komandiri olduğunu ehtimal edə bilərik. Abhinandan Varthamanın həyat yoldaşı da Hindistan HHQ-də yerüstü texniki sahədə çalışıb və hazırda ehtiyatda olan zabitdir.

O, martın 1-də azad edilərkən Pakistan hərbçilərinə onu mülki əhali tərəfindən cəzalandırılmaqdan xilas etdiklərinə görə təşəkkür edib. Bütün bunlar az imiş kimi, fevralın 27-də səhər saatlarında, Kəşmirin Hindistan hissəsində, nəzarət xəttindən təxminən 100 km məsafədə, Srinaqardan havaya qalxan Hindistan HHQ-nin Mi-17V-5 helikopteri qəzaya uğradı. Helikopterdə olan Hindistan Hərbi Hava Qüvvələrinin eskadron komandiri Ninad Mandavqane başda olmaqla 6 nəfər hərbçi həlak oldu. Bu helikopterlər də Rusiya istehsalıdır. Ümumiyyətlə Hindistan dünyada ən çox aviasiya vasitələri itirən bir ölkə kimi antirekorda imza atıb. 1997-ci ildən etibarən Hindistan ən azı 60 ədəd MiQ təyyarəsini qeyri-döyüş şəraitində itirib. Lakin bu artıq ayrı bir məqalənin mövzusudur. Normal smartfon, noutbuk, avtomobil istehsal edə bilməyən ölkələrin qırıcı, ballistik raket istehsal etməsi daim məndə ciddi şübhələr doğurub.

Hindistan silahlanmasında üstünlük təşkil edən MİQ və Su təyyarələri artıq resurslarını başa vurmaq üzrədir, onlardan bir çoxu artıq arsenaldan çıxarılıb. Həmin qırıcıların son modelləri isə müasir deyil, yalnız modernləşdirilən modellərdir. Hindistanın Rusiyadan 5-ci nəsil qırıcılar əldə etmək üçün bağladığı müqavilə isə həmin vasitələrin texniki uçuş xüsusiyyətlərinin son nəsilin göstəricilərə uyğun olmaması və indiyə qədər seriya istehsalına başlana bilməməsi səbəbindən ləğv edilib. Hindistanın ABŞ-dan bu qırıcıları əldə etməsi isə hələlik mümkün deyil, çünki Hindistan tərəfi qırıcı ilə birgə onun texnologiyasının da transferini, yəni yerli istehsalının təşkil edilməsini tələb edir. Bu səbəbdən Hindistan aviasiyası bu gün rəqabət apardığı Pakistan və Çin aviasiyasından keyfiyyət baxımından geri qalır.

Buna misal olaraq Hindistan HHQ-nin aviasiya döyüş vasitələrinin tez-tez qəzaya uğramasını, məsələn, MiQ-21 vurulan gün digər bir Mi-17 markalı hərbi helikopterin Kəşmirin Hindistana aid bölgəsində qəzaya uğramasını göstərmək olar. Qısa müddət ərzində 3 aviasiya vasitəsini itirmək Hindistan HHQ-nin "qara günü" kimi də qeyd edilə bilər.

Pakistan isə Hindistandan fərqli olaraq nüvə sahəsi də daxil olmaqla bütün hərbi istiqamətlər üzrə paralel yerli istehsal proqramlarını həyata keçirir.

Bu baxımdan yeni qırıcıların alınması üçün rəsmi Bakının Pakistanı seçməsi heç də təsadüfi deyil. Azərbaycan və Pakistan müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığı uzun müddətdir davam etdirirlər və ölkələrin nümayəndələri, o cümlədən yüksək rütbəli hərbçiləri arasında imzalanan çoxsaylı müqavilələr də bunu sübut edir. Heç kim üçün sirr deyil ki, Pakistan Azərbaycana hərbi-texniki dəstək də göstərir. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq, Azərbaycan və Pakistanın gələcəkdə baş verəcək istənilən münaqişədə bir-birini dəstəkləyəcəyini xatırladır. Azərbaycana bütün sahələrdə, xüsusilə Dağlıq Qarabağ məsələsində ciddi dəstək nümayiş etdirən Pakistan ilə aviasiya sahəsində əməkdaşlıq, ölkə əhalisinin bütün təbəqələri tərəfindən müsbət qarşılandı. Son baş verən hadisələrdə JF-17 qırıcılarının nümayiş etdirdiyi texniki uçuş xüsusiyyətləri Azərbaycanın qırıcı seçiminin doğru olduğunu sübut etdi.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: JF-17   MiQ-21   Su-30  

Azərbaycan HHQ-yə tədarük ediləcək JF-17-nin MiQ-21 və Su-30 üzərində qələbəsi – O hələ Blok I idi (ANALİZ)

2019/03/65945-7758450270.jpg
Oxunub: 10797     12:58     04 Mart 2019    