"Su-30" sözünə uyğun 3874 nəticə tapıldı!

SHXÇDX-də QHT-lərlə görüş keçirilib

2019/12/d86ef-1575965724.jpg
Oxunub: 415     12:11     10 Dekabr 2019    
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə birgə həyata keçirdiyi 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsinə dair məlumatlandırma görüşü təşkil olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbir SHXÇDX aparatında keçirilib. Xidmətin Həqiqi hərbi xidmətə çağırış baş idarəsi rəisinin müavini, polkovnik Azər Babayev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən danışıb, bu istiqamətdə QHT-lərlə birgə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Qrant müsabiqəsinin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi üçün səmərəli platforma olduğunu deyib. Müsabiqənin “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği”, “Çağırışaqədərki vətəndaşların hərbi xidmətə hazırlanmasına dair təşəbbüslər” kimi aktual mövzulara həsr olunduğunu və bu istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə müvafiq layihələrini həyata keçirməyə əlverişli imkan yaratdığını söyləyib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri, elektron xidmətlər barədə ətraflı məlumat verib.

Qrant müsabiqəsinin şərtlərinə əsasənQHT və layihə sənədlərinin qəbulu 2 dekabr 2019-cu ildənelektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:

1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu;
Bu mərhələ dekabrın 30-dək müddəti əhatə edir.

2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası;
Bu mərhələ 2020-ci il yanvarın 13-dək davam edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;
Bu mərhələ gələn il yanvarın 15-dən fevralın 15-dək dövrü əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.

4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;
Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 25-dən sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə ilk dəfə həyata keçirilən qrant müsabiqəsinin əhəmiyyətindən danışıb. Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verən SHXÇDX-nin müsabiqə çərçivəsində vətənpərvərlik ruhunun yüksəldilməsilə bağlı təqdim olunan layihələrin icrasına dəstəyini əsirgəməyəcəyinə inandığını bildirib.

Sonda QHT təmsilçilərinin sualları cavablandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SHXÇDX   QHT