Suriya ordusu Derada 27 nəzarət buraxılış məntəqəsini ələ keçirib

2018/07/Снимок_1531206088.png
Oxunub: 1634     14:57     10 İyul 2018    
Suriya hökumət qüvvələri Deranın bir çox nəzarət məntəqələrini terrorçu qüvvələrdən azad edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Suriya hökumət mənbələri bildirib.

Açıqlamada qeyd olunub ki, Suriya ordusu "Nəssib" sərhəd keçid məntəqəsində nəzarəti ələ aldıqdan sonra Deranın müxtəlif hissələrindəki ümumilikdə 27 nəzarət buraxılış məntəqəsini terrorçulardan azad edib.

Qeyd edək ki, Dera hələ də tam olaraq terrorçulardan təmizlənməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Terror  


Bizi "telegram"da izləyin