KXDR İsraildən 1 milyard dollar tələb edib – NİYƏ?

2018/07/1894897491589519_1531135614.jpg
Oxunub: 1776     19:27     09 İyul 2018    
Şimali Koreya İrana etdiyi nüvə raketinin satışının dayandırılması qarşılığında İsrailin ona 1 milyard dollar ödəməsini tələb edib.

Ordu.az “Haaretz”ə istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, 1999-cu ildə Şimali Koreya İranla arasındakı nüvə raket texnologiyasının satışına dair müqavilənin ləğv edilməsi ilə əlaqədar İsrailə təklif irəli sürüb. Təklifdə İsrailin bunun əvəzində 1 milyard dollar ödəməsi tələb olunub.

Məsələ ilə bağlı İsrail və Şimali Koreyanın İsveçdəki səfirləri arasında 1999-cu ildə gizli görüş keçirilib. İsrail bunu rədd edib, əvəzində isə ərzaq yardımı təklif edib. Bununla da danışıqlar nəticəsiz başa çatıb.

Bu iddialar üzə çıxdıqdan sonra İsrail hökuməti hələlik məsələ ilə bağlı şərh verməkdən imtina edir. İran isə Şimali Koreya ilə nüvə raket texnologiyası üzərində danışıqlar həyata keçirilmədiyini bəyan edib.

Nəşr bu ölkələrin həmin vaxt İsveçdə çalışan səfirləri ilə əlaqə saxlaya bilmədiyini bildirib. Həmin səfirlərdən biri daha dəqiq desək, israilli Gideon Ben Ami ötən həftə müsahibəsində 1999-cu ildə KXDR-in İsveçdəki səfiri ilə üç dəfə görüşdüyünü desə də, görüşlərin detalları barədə məlumat verməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Şimali-Koreya  


Bizi "telegram"da izləyin