Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Türkiyə Müdafiə Nazirliyindən verilib.
Qeyd olunub ki, kəşfiyyat məlumatları əsasında terrorçulara məxsus əvvəlcədən müəyyən edilən sığınacağa pilotsuz uçuş aparatı vasitəsilə zərbələr endirilib.
Daha sonra isə ərazidə polis və jandarma qüvvələri ortaq əməliyyata başlayıb. Əməliyyat zamanı baş verən silahlı qarşıdurmada 2 PKK terrorçusu zərərsizləşdirilib.
Dəyanət Ağalarlı
Ordu.az