Yəmən ordusu Taizdə əhəmiyyətli yola nəzarəti bərpa edib

2018/07/18949845143614_1531132466.jpg
Oxunub: 2908     18:25     09 İyul 2018    
Yəmən ordusu ölkənin cənub-qərbində yerləşən Taiz vilayətinin qərbində çox böyük əhəmiyyətə malik yola nəzarəti ələ keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Bab Əl-Məndəb briqadasının səhra komandiri Əbu Üsəma Əl-Salhi bildirib.

Onun sözlərinə görə, briqada Taizin qərbindəki Əl-Vəziyə bölgəsinə gedən yolun ələ keçirilməsi istiqamətində uğurlu hərbi əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində yola nəzarət bərpa edilib və üstəlik çox sayda husi qiyamçısı məhv edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Taiz   Husilər  


Bizi "telegram"da izləyin