İsrail istehsalı olan “Cormorant” dronu təqdim edilib

2018/07/Снимок_1531127483.png
Oxunub: 2215     17:53     09 İyul 2018    
Helikopterlərin belə uçuş həyata keçirə bilmədiyi ekstremal şəraitlər üçün nəzərdə tutulmuş yeni dron istehsal olunub.

Ordu.az xarici KİV-lərə isatinadən xəbər verir ki, dronun istehsalçısı “Tactical Robotics” şirkətidir.

Dronla bağlı şirkətdən bildirilən açıqlamada qeyd olunub ki, dron ekstremal şəraitlərdə uçuş üçün nəzərdə tutulub.

Qeyd olunub ki, 499 kq yük götürmə bacarığına sahib olan uçuş aparatı 48 kilometr məsafə qət edə bilir.

Əsasən xilasetmə əməliyyatları üçün nəzərdə tutulan bu aparat 2 hərbçinin döyüş zonasından evakuasiyasına imkan verəcək.

Qeyd edək ki, “Cormorant” adı verilən dron tam olaraq kənardan elektron sistemlə idarə olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Dron   Cormorant  


Bizi "telegram"da izləyin