Çin yeni hava hücumundan müdafiə sistemi üzərində işəyir

2018/07/dc923329-023f-4cb6-8398-579ba509b1b0_1531127069.jpeg
Oxunub: 3988     17:30     09 İyul 2018    
Son dövrlərdə hava hücmundan müdafiəsinə görə dünya liderləri arasına daxil olmağı bacaran Çin daha bir raketdən müdafiə sisteminin istehsalının yekunlaşmaqda olduğunu elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı layihə üzərində işləyən komandanın rəhbəri Zanq Yiqun bildirib.

Tədqiqatçı qeyd edib ki, yeni sistemlər əvvəlkilərlə müqayisədə daha uzaq mənzilli və daha da elektronlaşdırılmış olacaq.

“Bu sistemlər 1000 kilometr məsafədəki bir iynənin gözünü vurmaq üçün başqa bir iynəni uçurmaq məqsədi daşıyır”, - deyə məcazi şəkildə elmi araşdırmaçı vurğulayıb.

Qeyd edək ki, HQ nəslinin 10-cu versiyası olacaq sistemlər bir çox komponentlərdə dünya lideri olacaq.

Belə ki, 1000 kilometrdən daha uzun radiusda hava hücumundan müdafiədə effektiv nəticə verməsi gözlənilən HQ-10 hava hücumundan müdafiə sistemlərinin bu mənada hələlik alternativi yoxdur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hava-Hücumundan-Müdafiə  


Bizi "telegram"da izləyin